Azərbaycan və İran İKT sahəsində birgə istehsala başlayır

media-hightechnic-468x90

RITN-600-450Azərbaycan və İran kompyuter və telekommunikasiya avadanlığının birgə istehsalına başlayacaq və bu, iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əsas əməkdaşlıq istiqamətlərindəndir.

Yenicag.az azərtac-a istinadən xəbər verir ki, iki ölkənin birgə istehsal perspektivlərinə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin iyunun 15-də İrana səfəri çərçivəsində baxılacaq.

Səfər çərçivəsində televiziya və radio yayımı və peyk rabitəsi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Eyni zamanda “Azerspace-1” telekommunikasiya peykinin resurslarından İranın televiziya və radio kanallarının yayımı üçün istifadə edilməsi məsələsi barədə danışıqlar aparılacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa