Azərbaycan və Özbəkistan XİN başçıları arasında telefon danışığı oldu

Xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov ilə telefon danışığı olub.

Bu barədə Yenicag.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən ikitərəfli münasibətlərim inkişafı üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası yaranmış əməkdaşlıq imkanları və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.