"Ermənilərin Qarabağa qayıdışı MƏSƏLƏSİ: “Konstitusiya dəyişməsə, sülh OLMAYACAQ"

media-hightechnic-468x90

“Ermənistan tərəfi də anlayır ki, həmin məsələnin qaldırılması Azərbaycanın maraqlarına ziddir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

media-img_1091
O, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsi üzərindən ermənilərin də Qarabağa qayıdışı istəməsinin nə qədər mümkün olduğundan danışıb.
Politoloq bildirib ki, Qərbi Azərbaycana qayıdış azərbaycanlıların təbii hüququdur.
“Bu qayıdış sülh prosesi çərçivəsində həyata keçirilməlidir. Ermənistan və Azərbaycan arasında tez bir zamanda sülh müqaviləsi imzalanarsa Qərbi Azərbaycana qayıdış prosesi daha da sürətlənə bilər. Lakin sülh müqaviləsi yalnız Ermənistan konstitusiyasının dəyişməsindən sonra mümkün ola bilər.
Ermənilərin Qarabağa qayıtması məsələsi isə tamamilə fərqlidir. Bu məsələ artıq qapalıdır. Ermənistan tərəfi də anlayır ki, həmin məsələnin qaldırılması Azərbaycanın maraqlarına ziddir. Eyni zamanda sülh prosesinə zərbə vurur.
Separatçı rejim, Qarabağ erməniləri, rejimin atributları və saxta, qondarma simvolikalarından istifadə olunması, şübhəsiz ki, Azərbaycanın narahatlığına səbəb olur. Nəticədə isə proses uzanır. Buna görə də Qarabağa qayıdış məsələsi daha qaldırılmamalıdır.
Qərbi Azərbaycana qayıdış dinc məqsədlərlə həyata keçiriləcək. Bütün bu məsələlər danışıqlar mövzusudur. Daha geniş, əhatəli və eləcə də detallı məsələlər geniş müzakirələr nəticəsində öz həllini tapacaq. Amma bir şey aydındır ki, artıq Qərbi Azərbaycana qayıdış məsələsi Azərbaycanın diqqətindədir və siyasi gündəlikdə aparıcı yer tutur”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa