Azərbaycan və Qazaxıstan HHQ nümayəndələrinin görüşü oldu

media-hightechnic-468x90

Qazaxıstan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Hərbi Hava Qüvvələrini ziyarət edib.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan Xarici İşlər Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi, Xarici Kəşfiyyat İdarəsi, “Azərbaycan Hava Yolları” QSC və “Azəraeronaviqasiya” Hava Hərəkətləri İdarəsinin nümayəndələri də iştirak ediblər.

Görüş zamanı “Təxirəsalınmaz uçuşların təmin edilməsi zamanı qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyətin təşkili məsələlərinin müzakirəsi” mövzusu çərçivəsində maraq doğuran bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Sonda xatirə şəkli çəkdirilib və qonaqlara hədiyyələr təqdim olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600