Azərbaycan və Türkiyə enerji səmərəliliyi üzrə Anlaşma Memorandumu imzalayıb - YENİLƏNDİ

media-hightechnic-468x90

Bu gün “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

media-banner_tkm

Bu barədə Yenicag.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum imzalayıblar.

Anlaşma Memorandumu binalarda enerji səmərəliliyinə dair qanunvericilik, “Binalarda Enerji Səmərəliliyi Tətbiqi” üzrə hesablama metodologiyası, tikinti prosesində “Enerji Səmərəliliyi Sertifikatı” mərhələləri və bu istiqamətdə təlim proqramlarının təşkili, bərpa olunan enerji mənbələrindən istifadə üzrə təcrübə mübadiləsinin aparılması, qarşılıqlı iclasların, konfransların, pilot təlimlərin, tədqiqat proqramlarının və səfərlərin təşkili üzrə əməkdaşlığı əhatə edir. Sənəd hər iki tərəfin aidiyyəti dövlət qurumlarının və təşkilatların nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılmasını nəzərdə tutur.

Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in Prezidenti Murat Kurum arasında görüş olub. COP29-un Prezidenti Muxtar Babayevin də iştirak etdiyi görüşdə Azərbaycan və Türkiyə liderlərinin qardaşlığı və siyasi iradəsinin gücü ilə münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkə arasında neft-qaz, elektrik enerjisi və enerji bağlantıları sahələrində uzunmüddətli strateji enerji tərəfdaşlığının hazırda enerji səmərəliliyi üzrə genişlənməsindən məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə Enerji Forumunun əsas istiqamətlərindən biri olan enerji səmərəliliyi sahəsində fəal əməkdaşlıq həyata keçirildiyi və Türkiyə təcrübəsinin faydalı olduğu bildirilib. Söhbət zamanı Azərbaycanın enerji səmərəliliyi ilə bağlı həyata keçirdiyi tədbirlər, “Enerji Effektivliyi Fondu” barədə məlumat verilib. Ölkəmizin COP təcrübəsini qardaş Türkiyə ilə bölüşməyə hazır olduğu diqqətə çatdırılıb.

***
Azərbaycanın Energetika Nazirliyi və Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Yenicag.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində COP29-un Prezidenti Muxtar Babayevlə birgə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in Prezidenti Murat Kurum ilə görüş keçirib.
“Azərbaycan-Türkiyə enerji əməkdaşlığı enerji təhlükəsizliyi ilə yanaşı, enerji keçidinin əsas sütunlarından biri olan enerji səmərəliliyi istiqamətində də genişlənməkdədir”, – deyə o qeyd edib.
media-bm8p3nl30vzhlclpsrtvgsvrqstajk4osckigd2h_1200 media-z6mzpxt6ti3jvjdnakxlromm8xiperjeutyxxf28_1200
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05