Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyətə başlamasından 102 il ötür - VİDEO

Reklam: High Technic

Bu gün 1918-ci il dekabrın 7-də öz işinə başlayan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin 102-ci ildönümüdür.

102 il əvvəl Müsavat Partiyası və Azərbaycanın digər siyasi qüvvələrinin iştirakı ilə formalaşdırılan, 120 deputatdan ibarət olan parlamentin açılış iclası 1918-ci il dekabrın 7-də indiki Füzuli adına Əlyazmaları İnstitutunun binasında baş tutub.

Açılış iclasında ilk sözü deyən Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş nitqlə çıxış edərək, parlamentin açılması münasibətilə xalqı təbrik edib.

İclasda ali qanunvericilik orqanının əsas fraksiyası olan Müsavatın təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun 1-ci müavini seçilir.

AXC parlamentinin 1918-ci il 7 dekabr və 1920-ci il 27 aprel aralığında 145 iclası keçirilib və müzakirəyə çıxarılan 270 qanun layihəsindən 230-u qəbul edilib.

Azərbaycanın 1920-ci il aprelin 28-də sovet Rusiyası tərəfindən işğal edilməsi ilə milli parlamentin fəaliyyətinə də son qoyulub.

www.yenicag.az

627