Tanınmış müğənni ÖLÜMDƏN DÖNDÜ: “Görüblər məni qan aparır...”
“Görürlər vəziyyətim çox pisdir, məcbur olub, əməliyyatı bir neçə saat dayandırırlar”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Gülüstan Əliyeva “Afaqla 10lar” verilişində deyib.
Sənətçi illər öncə ölümdən döndüyünü deyib:
“8-9 il əvvəl səs tellərimdə problem yaranmışdı. əməliyyat üçün İstanbula getdim. Lor həkimim də mənimlə bərabər əməliyyatda iştirak edirdi. Narkoz verən erməni idi, sonra bildim. Əməliyyat zamanı havanı tənzimləmək üçün boğazımı deşərək trubkanı keçirmişdi. Məni qan aparır, başlayıram boğulmağa. Görürlər vəziyyətim çox pisdir, məcbur olub, əməliyyatı bir neçə saat dayandırırlar. Gözləyib sonra davam edirlər. Bunu hətta ən yaxı adamlarıma deməmişdim”.
Nehru