Türkiyə Ukraynada vasitəçi statusunu itirə bilər

media-hightechnic-468x90

Türkiyə “pilotsuz təyyarələr koalisiyasında” iştirak etdiyinə görə Ukraynadakı münaqişənin həllində vasitəçi rolunu itirə bilər.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu  türkiyəli politoloq və Ankara-Moskva analitik şəbəkəsinin eksperti Engin Özer deyib.

O xatırladıb ki, Türkiyə Ukraynaya hücum pilotsuz uçan aparatları tədarük etməyə başlayan ilklərdən olub və “Baykar” şirkəti artıq Ukrayna ərazisində onların istehsalı üçün zavod tikir.

Analitik qeyd edib ki, Ankara NATO üzvü olan dövlət üçün mümkün qədər neytral qalmağa çalışır. Lakin indiki şəraitdə onun Ukraynaya hərbi yardımda iştirakı münaqişənin digər tərəflərinin etimadını sarsıda bilər.

Özer onu da əlavə edib ki, İstanbulda başlayan danışıqlar prosesi  öz missiyasını effektiv şəkildə başa vurub və tədricən yerini digər məkanlara, xüsusən də, ekspertin fikrincə, ABŞ-nin fəal şəkildə dəstəklədiyi Səudiyyə Ərəbistanına verir. /unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05