Azərbaycanda çay daşdı: Kəndlər təhlükə ilə üz-üzə

media-hightechnic-468x90

Cəlilabadda əkin sahələrini su basıb.

Yenicag.az xəbər verir ki, rayon ərazisindən keçən Mişarçay məcrasından çıxıb.

Yerli sakinlərin sözlərinə görə, çayın daşması nəticəsində Muğan, Maşlıq kəndlərinin, eləcə də köhnə Ələt-Astara magistralında, Göytəpə şəhərinə gedən istiqamətdə yolun sağ və sol istiqamətlərində onlarla hektar kartof, çiyələk sahələri, istixanalar su altında qalıb.

Məlumata görə, yaşayış məntəqələrinin müəyyən hissəsinin də su altında qalmaq təhlükəsi yaranıb.

Təhlükəni sovuşdurmaq üçün bu istiqamətdə tədbirlər həyata keçirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600