Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlandı

media-hightechnic-468x90

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən sağalan və vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 896 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 599 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 16 nəfərdir. Ölkədə son sutka ərzində 346, hazırkı dövrədək isə 7 637 355 test aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600