Goranboy rayonunun Ağcakənd qəsəbəsinə güclü sel gəlib.
Yenicag.az xəbər verir ki, sel suları səbəbindən qəsəbənin yolunda avtomobillərin hərəkəti çətinləşib.
Bir neçə avtomobili sel aparıb, evlərə su dolub.
Hazırda yağışlı hava şəraitinin davam etdiyi qeyd edilir.