!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda güclü zəlzələ oldu - RƏSMİ AÇIQLAMA / YENİLƏNDİ 2

!Reklam – Yazi

Zəlzələ episentrdə Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 4-3 bala qədər hiss olunub.

Bu barədə Yenicag.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yenilənmiş verilənlərə əsasən, seysmohadisənin maqnitudası 5 olub.

***22:47

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 19.01.2024-cü il tarixində yerli vaxtla saat 22:05-də Saatlı, Şirvan ərazisində 53 km dərinlikdə 5.1 maqnituda zəlzələ qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

***22:14

Azərbaycanda 5,1 bal gücündə zəlzələ baş verib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Yenicag.az-a bildirilib ki, zəlzələ Bakı vaxtı ilə saat 22:05-də qeydə alınıb.

Xəbər yenilənəcək

COP29

www.yenicag.az

1050
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv