Azərbaycanda hakimlərin ingilis dili bilgilərinin artırılması üçün xərclənən vəsait məlum olub

media-hightechnic-468x90

Ötən il Azərbaycanda hakimlərin ingilis dili bilgilərinin artırılması üçün keçirilmiş ixtisasartırma kurslarına xərclənən vəsait məlum olub.

media-banner_tkm

Yenicag.az-ın məlumatına görə, Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov Azərbaycan Hakimlərinin II Forumunda deyib ki, hakimlərin ingilis dili biliklərinin artırılması məqsədilə ixtisasartırma kurslarına 3100 manat vəsait xərclənib.

O, həmçinin qeyd edib ki, 2025-ci il üzrə Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Konfransının keçirilməsinə 500 min manat, Azərbaycan Hakimlərinin 28 fevral 2025-ci il tarixində keçirilmiş forumunun təşkili üçün 79 min 350 manat vəsait xərclənib.

Ə.Cəfərov əlavə edib ki, vəfat etmiş hakimlərin ailələrinə, xəstə hakimlərə və maddi yardıma ehtiyacı olanlara dəstək məqsədilə 14 min 350 manat ayrılıb./Report

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05