Azərbaycanda koronavirusa yoluxanların SAYI 2200-ü ötdü

media-hightechnic-468x90

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 256 yeni yoluxma faktı qeydə alınıb, 2 208 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 537 004 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 499 571 nəfər müalicə olunaraq sağalıb, 7 153 nəfər vəfat edib, aktiv xəstə sayı 30 280 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 102, ötən müddət ərzində isə ümumilikdə 5 227 688 test aparılıb.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600