Azərbaycanda qardaş bacısını bıçaqladı

media-hightechnic-468x90

Quba rayonunun Xucbala kəndində bıçaqlanma hadisəsi olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, 36 yaşlı Laçın rayon sakini Şamama Salam qızı Kərimovaya kəsici alətlə müxtəlif dərəcəli xəsarətlər yetirilib.

O, ağır vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, əməliyyat olunub, hazırda müalicəsi davam etdirilir.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 31 yaşlı Məhərrəmov Murad Salam oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa