Azərbaycanda sabiq icra başçısı vəfat etdi – FOTO

Göygöl rayon (keçmiş Xanlar rayonu) İcra hakimiyyətinin sabiq başçısı Pənah Məmmədov vəfat edib.

Yenicag.az “Report”a istinadla xəbər verir ki, o, 62 yaşında ürəktutmadan dünyasını dəyişib.

P.Məmmədov yaşadığı Gəncə şəhərindəki qəbiristanlıqda dəfn olunub.

Qeyd edək ki, Pənah Mustafa oğlu Məmmədov 1992-1993-cü illərdə Göygöl rayonu İcra hakimiyyətinin başçısı olub.

Allah rəhmət eləsin!