İrəvanda banka silahlı hücum edildi
İrəvanda “VTB” Bank filialına silahlı hücum olub.
Yenicag.az xəbər verir ki, məlumata görə, silahlı şəxs Şinararneri (Stroiteley) küçəsi, 25 ünvanında yerləşən bank filialına soxulub. Onun üzərində “Pulunu verməsən, 20 saniyəyə hər şeyi partladacağam” yazısı olan lövhə olub.
Hüquq-mühafizə orqanları gələnə qədər hücum edən şəxs külli miqdarda pul oğurlayıb qaçıb.
Məlumata görə, oğurlanan məbləğ 1 milyon dramdan (2500 dollar) çoxdur.












