"Azərbaycan və Gürcüstan bütün imkanlarını səfərbər etdilər" - Ərdoğan

media-hightechnic-468x90

Azərbaycan və Gürcüstan C-130 təyyarəsinin qəzaya uğramasından sonrakı ilk dəqiqələrdən etibarən bütün mövcud resursları səfərbər edərək kömək göstəriblər. 

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, qonşu ölkələr bütün sahələrdə operativ əməkdaşlıq ediblər: cəsədlərin axtarışında, uçuş qeydedicisinin tapılmasında iştirak ediblər və xilasetmə əməliyyatlarını dəstəkləyiblər.

Türkiyə lideri qeyd edib ki, bütün mövcud resurslar dağıntıların axtarışı, axtarış-xilasetmə qruplarının yerləşdirilməsi və faciə yerində təhlükəsizliyin təmin edilməsi üçün səfərbər edilib. Hadisənin səbəbi “qara qutu” araşdırıldıqdan sonra qəti şəkildə müəyyən ediləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05