!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda tətbiq ediləcək ELEKTRON İMTAHAN: “İlkin mərhələdə kütləvi xarakter daşımayan...”

!Reklam – Yazi

“Mövcud maddi-texniki baza hazırda bütün imtahanların elektron qaydada keçirilməsinə imkan vermir”

Bu fikirləri gələn ildən etibarən, bir sıra spesifik imtahanların elektron qaydada keçirilməsi haqda qərara münasibət bildirən təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, imtahanların elektron qaydada keçirilməsinin müsbət tərəfi imtahandan sonra nəticələrin dərhal bəlli olmasıdır:

“Gələn il Azərbaycanda elektron qaydada imtahanlar təşkil olunacaq. Mən düşünürəm ki, bu xəbəri eşidən bir çox adamda yalnış fikir formalaşıb ki, artıq buraxılış və qəbul imtahanları da elektron qaydada həyata keçiriləcək.

Amma bu belə deyil. Çünki mövcud maddi-texniki baza hazırda bütün imtahanların elektron qaydada keçirilməsinə imkan vermir. Elektron qaydada keçiriləcək imtahanlar ilkin mərhələdə kütləvi xarakter daşımayan imtahanlara şamil ediləcək.

Bu imtahanlara Dövlət qulluğu, hakimliyə namizədlik və digər kiçik həcmli imtahanlar aid edilir. Elektron qaydada keçirilən imtahanların əsas müsbət tərəfi odur ki, iştirakçılar imtahan bitən kimi göstərdikləri nəticəni öyrənə biləcəklər”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

309
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv