Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda “Virtual məktəb” “SÜRPRİZ”İ: Təhsil Nazirliyi bu layihəni də batırır - VİDEO

“Görünən odur ki, Təhsil Nazirliyində idarəetmənin düzgün qurulmaması müəllimlər üçün də çətinliklər yaradır”.

Təhsil Nazirliyinin apreldən icra olunan “Virtual məktəb”də qeydiyyat prosesi sentyabrın 8-dən etibarən, müvəqqəti olaraq dayandırılmışdı.

Qeydiyyatın dayandırılmasına səbəb kimi yeni tədris ilinin başlanması ilə əlaqədar profilaktik işlərin aparılması göstərilmişdi və qeydiyyat sisteminin sentyabrın 14-dən yenidən aktivləşəcəyi bildirilmişdi.

Lakin qeydiyyatdan keçmək istəyən şagirdlər həmin tarixdə arzuedilməz “sürpriz”lə qarşılaşıblar.

Belə ki, qeydiyyatdan keçmək istəyən şagirdlər “virtual.edu.az” saytına daxil olarkən, qeydiyyatın sentyabrın 15-dən mümkün olacağı haqda xəbərdarlıqla rastlaşıblar.

Maraqlısı isə odur ki, sözügedən saytda qeydiyyatdan keçdikdən sonra təsdiqlə bağlı cavab 48 saat ərzində məlum olmalıdır. Pandemiya dövründə tədrisin həftə ərzində 2-3 dəfə keçiriləcəyini nəzərə alsaq, bu qeyri-müəyyənlik şagirdlər arasında çaşqınlıq yaradıb.

Təhsil Nazirliyinin “Virtual məktəb” layihəsi üzrə qeydiyyat prosesinin dondurulmasına münasibət bildirən təhsil eksperti Qoşqar Məhərrəmov Yenicag.az-a açıqlamasında bu çatışmazlığı işə məsuliyyətsiz yanaşma ilə əlaqələndirib:

Qoşqar Məhərrəmov
Qoşqar Məhərrəmov

“Təhsil Nazirliyinin məktəbləri təmizlik məhsulları ilə təchiz etməsi, hərarət ölçən cihazların yerləşdirilməsi və sair bu kimi addımları müəyyən mənada müsbət işlər idi. Bu, məktəblərin şagirdləri qəbul etməyə hazır olduğunu göstərirdi.

Lakin ortaya çıxan texniki problemlər görülən işlərə kölgə salıb. Təhsil Nazirliyinin informasiya texnologiyaları üzrə əməkdaşlıq etdiyi şirkət virtual platformanı qurub. “Virtual məktəb”də qeydiyyatla bağlı mövcud olan problemin baş verməsi daha çox həmin şirkətin məsuliyyətsizliyi ilə bağlıdır.

Ona görə də virtual platformanın təkminləşdirilməsi arzuolunandır. Çünki mövcud virtual platformanın fəaliyyəti sıfır səviyyəsindədir. Ümid edək ki, müəllimlər və şagirdlərə tövsiyə olunan virtual platformanın ortaya çıxan problemləri tezliklə öz həllini tapacaq. Əks halda, interaktiv öyrənmə keyfiyyət baxımından inkişaf etməyəcək.

Digər problem isə müəllimlərin işə qəbulu üzrə imtahanının gecikməsidir. Nəticələrin gec açıqlanması müəllimlərin seçim imkanları ilə bağlı tərəddüdlər yaşamalarına səbəb oldu. Daha dəqiq desək, yeni tədris ilində ibtidai sinif şagirdlərinin bir qismi məktəbə getdikdə, onları qarşılayacaq müəllim olmadı. Əlbəttə, bu, heç də yaxşı hal deyil .

Görünən odur ki, Təhsil Nazirliyində idarəetmənin düzgün qurulmaması müəllimlər üçün də çətinliklər yaradır. Sentyabrın 15-də bir sıra şagirdlərin tədrisə cəlb edilməməsinin səbəbi də məhz Nazirliyin fəaliyyətinin arzuedilən səviyyədə olmaması ilə bağlıdır”.

 

 

Gülşən Şərif

www.yenicag.az

2131