Azərbaycanın artan beynəlxalq nüfuzu: "Rusiya ilə münasibətlərin daha müsbət istiqamətdə..."

media-hightechnic-468x90

“Bu, Azərbaycanla Rusiya arasında münasibətlərin gələcəkdə daha müsbət istiqamətdə inkişaf etməsinə zəmin yarada bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Düşənbədəki görüş zamanı Rusiya Prezidenti Valdimir Putinin Azərbaycan lideri İlham Əliyevə AZAL təyyarəsinin Rusiya səmasında vurulması ilə bağlı istintaqın gedişatına dair verdiyi məlumat barədə danışan Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycanın həyata keçirdiyi xarici siyasətin əsas istiqaməti Azərbaycan xalqının milli və dövlətçilik maraqları çərçivəsində dövlətlərlə münasibətlərin genişləndirilməsi, dostluq əlaqələrinin qurulması, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsidir:

“Eyni zamanda, Azərbaycan beynəlxalq hüquqa əsaslanır və bu hüquq çərçivəsində suveren, müstəqil dövlət kimi müstəqil siyasət həyata keçirir.

Azərbaycan Respublikasına məxsus sərnişin təyyarəsi Rusiya ərazisində, Qroznı üzərində Rusiya hərbçiləri tərəfindən vurulmuş və nəticədə sərnişinlər həlak olmuşdular. Bununla əlaqədar Azərbaycan dövləti beynəlxalq hüquqa əsaslanaraq haqlı və ədalətli tələblər irəli sürmüş, Rusiyanın üzr istəməsini və kompensasiya ödənilməsini tələb etmişdi. Lakin uzun müddət ərzində Rusiya tərəfindən məsələ ilə bağlı konkret addımlar atılmadı. Bu isə bir daha göstərdi ki, Azərbaycanın suveren hüquqlarına və beynəlxalq hüquqa əsaslanan tələblərinə biganə yanaşıldı. Məhz bu zəmində də Rusiya ilə Azərbaycan arasında müəyyən dərəcədə soyuqluq yaranmışdı.

Hazırda Rusiyanın atdığı addımlar, yəni bu istiqamətdə istintaqın aparılması, ədalətli qərarın çıxarılması və günahkarların cəzalandırılması həyata keçirilərsə, Azərbaycanla Rusiya arasında münasibətlərin gələcəkdə daha müsbət istiqamətdə inkişaf etməsinə zəmin yarada bilər. Belə olan halda, qarşılıqlı siyasi və iqtisadi əlaqələrin daha da genişlənməsi, münasibətlərin yüksək inkişaf mərhələsinə çatması mümkündür.

Bununla yanaşı, qeyd olunmalıdır ki, Azərbaycanın beynəlxalq nüfuzu getdikcə artır. Azərbaycan regionda böyük logistika və enerji resurslarına malikdir. Ölkə həm şimal, həm də cənub istiqamətində yükdaşımalar və nəqliyyat-logistika layihələrinin həyata keçirilməsində mühüm potensiala sahibdir. Bu resurslara və inkişaf etmiş nəqliyyat infrastrukturuna malik olmaq Azərbaycanın dünyada nüfuzunu və rolunu daha da artırır.

Bütün bu amillər göstərir ki, digər dövlətlər kimi, Rusiyanın da Azərbaycanla əməkdaşlığa yönələn addımları həm region, həm də hər iki ölkə üçün çox mühüm əhəmiyyət kəsb edir”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa