Azərbaycanın diplomatik manevr imkanları genişlənir - ŞƏRH

media-hightechnic-468x90

“Azərbaycanın bir sıra platformalarda təmsil olunması ölkəmizə müəyyən dividendlər qazandırır və diplomatik manevr imkanlarını genişləndirir”.

media-eli

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O bildirib ki, rəsmi Bakı bunun nəticələrini Vətən müharibəsi zamanı da görüb:

“Azərbaycan Qoşulmama Hərəkatında ciddi fəaliyyətlərlə yadda qalıb və müəyyən təşəbbüslərlə çıxış edib. Eyni zamanda, ölkəmiz bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edərək zəfərə aparan yolda diplomatik üstünlüklər qazandı. Müharibədən sonra da Azərbaycan beynəlxalq qurumlarda fəaliyyət istiqamətini genişləndirdi və uğurlu nəticələr əldə etdi. Xüsusilə onu da vurğulamaq lazımdır ki, ölkəmizin Türk Dövlətləri Təşkilatında (TDT) aparıcı rola malik olması, təşəbbüskarlığı qurumun genişlənməsinə və üzv dövlətlərin daha sıx inteqrasiyasına zəmin yaratdı. Bu addımlar digər ölkələr tərəfindən də dəstəklənir, eyni zamanda həyata keçməsi üçün praktik mexanizmlər hazırlanır”.

Ekspert bildirib ki, bütün bunlar Azərbaycana əlavə dividendlər qazandırır:

“Təşkilatda ölkəmizin fəaliyyət istiqamətinin genişlənməsi rəsmi Bakının bölgədə və dünyada nüfuzunun artmasına səbəb olur. Bütün bunlar TDT-nin dünyada geosiyasi güc mərkəzinə çevrilməsinə gətirib çıxarır. Azərbaycan Vətən müharibəsindən sonra beynəlxalq siyasət və iqtisadi müstəvidə yeni hədəflər müəyyən edib. Çoxvektorlu istiqamət rəsmi Bakının həm beynəlxalq siyasətdə, həm də iqtisadi sektorda yeni dividendlər qazanmasına səbəb olacaq”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa