Azərbaycanın futzal yığmasının Avropa çempionatı üçün heyəti açıqlandı
19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının əsas seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlar üçün yekun heyəti açıqlanıb.
Yenicag.az AFFA-ya istinadən xəbər verir ki, yığma 16 – 19 martda Xorvatiyada keçiriləcək seçmə mərhələ matçlarına 12 oyunçu ilə yollanacaq.
Baş məşqçi Ağatahir Əzimovun siyahısında yer alan futzalçılar bunlardır:
| № | AD, SOYAD | KLUB |
| 1 | Nazim Rəhimov | U-19 |
| 2 | Fariz Mehraliyev | U-19 |
| 3 | Xəzər Ağalizadə | U-19 |
| 4 | Azər Fərmanov | Araz-Naxçıvan |
| 5 | Nurlan Məmmədov | U-19 |
| 6 | Məhəmməd Abbasov | U-19 |
| 7 | Novruz Kazıxanov | U-19 |
| 8 | Mikayıl Qiyasov | U-19 |
| 9 | Mirzə Əmirov | U-19 |
| 10 | Şaiq Vəlizadə | U-19 |
| 11 | Fuad Məmmədzadə | U-19 |
| 12 | Zaur Sultanov | U-19 |
Oyunların təqvimi:
17 mart. Xorvatiya – Azərbaycan
18 mart. Latviya – Azərbaycan
Qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.












