“Azərbaycanın istənilən yerini xarabalıq edə bilərik”

media-hightechnic-468x90

10523“Ermənistan 300 kilometr məsafəni vura biləcək elə ballistik raketlərə sahibdir ki, onlar çox qısa zaman ərzində Azərbaycanın istənilən inkşaf etmiş yaşayış məntəqəsini Ağdam kimi xarabalığa çevirə bilər”.

Bu açıqlamanı Ermənistan Prezidenti Serj Sərkisyan “Armnyus” televiziyasına müsahibəsində deyib. O, Azərbaycan ordusunun nəyə qadir olduğunu yaxşı bildiklərini söyləyib:

“Azərbaycan Prezidenti çox gözəl bir şey söylədi ki, tərəflər bir-birilərinin imkanlarını yaxşı tanıyırlar. Həqiqətən, biz yaxşı bilirik ki, Azərbaycan Silahlı Qüvvələri hansı imkanlara sahibdirlər. Azərbaycanın rəhbərliyi də bizim haqqımızda yaxşı məlumata sahibdir. Mən bunu çəkinmədən deyirəm ki, əgər müharibə başlasa, Azərbaycan Silahlı Qüvvələri Naçıvandan İrəvan sərhədlərinə çata bilərlər(S.Sərkisyan). Amma bu şeylər cəzasız qalmayacaq və Azərbaycan rəhbərliyi bunu çox yaxşı bilir. Bu seçim məsələsidir. Əgər bu insanlar taleyi yoxlamaq istəyirlərsə, əgər onlar genişmiqyaslı əməliyyatlardan qaçıb Ermənistanın sərhədyanı yaşayış məntəqələrini nişan seçməyi qərara alıblara, o zaman gərək bunun cavabdehliyi barədə də düşünsünlər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600