!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın ixrac etdiyi xam neft məhsullarının həcmi açıqlandı

!Reklam – Yazi

Yanvar-sentyabr aylarında Azərbaycan ən çox İtaliyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Həmin ixracın həcmi 7 milyon 558 min ton, dəyəri isə 5 milyard 674 milyon ABŞ dolları olub.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Doqquz ayda ölkəmizdən Hindistana 1 milyard 391,8 milyon dollarlıq 1 milyon 659,2 min ton, İsrailə 1 milyard 352 milyon dollarlıq 1 milyon 857,6 min ton, Böyük Britaniyaya 752,5 milyon dollarlıq 926 min ton, Xorvatiyaya 687,1 milyon dollarlıq 799,1 min ton, Çexiyaya 658,7 milyon dollarlıq 822,5 min ton, Portuqaliyaya 546,9 milyon dollarlıq 742,6 min ton, İspaniyaya 494,5 milyon dollarlıq 650,4 min ton, Tunisə 408,4 milyon dollarlıq 542,8 min ton, Vyetnama 361,7 milyon dollarlıq 415,7 min ton, Ukraynaya 304,5 milyon dollarlıq 506,3 min ton, İrlandiyaya 276,6 milyon dollarlıq 353,7 min ton, Almaniyaya 258,5 milyon dollarlıq 351 min ton, Rumıniyaya 242,6 milyon dollarlıq 337,1 min ton, İsveçrəyə 232 milyon dollarlıq 264,8 min ton, Tailanda 231,4 milyon dollarlıq 368,4 min ton, İndoneziyaya 220,9 milyon dollarlıq 255,4 min ton, Türkiyəyə isə 211,9 milyon dollarlıq 359,2 min ton xam neft və xam neft məhsulları ixrac edilib.

Qeyd edək ki, doqquz ayda Azərbaycan 27 ölkəyə xam neft və xam neft məhsulları göndərib.

Hesabat dövründə Azərbaycandan ümumilikdə 19 milyon 514,1 min ton xam neft və xam neft məhsulları ixrac edilib, ixracın dəyəri 14 milyard 897,4 milyon dollar olub.

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv