!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanla Ermənistan arasında TARİXİ PRAQA ANLAŞMASI: “Maksimum iki ay müddətində...” – ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın Ermənistandakı uzantıları, əsasən də “Qarabağ klanı” prosesin irəliləməsinə mane olmağa çalışacaq”.

Bu fikirləri Azərbaycan və Ermənistan kiderləri arasında ötən gün Praqda əldə olunan mühüm razılaşmaları şərh edən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu müzakirələrdə Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqının rəhbəri Şarl Mişelin iştirakı prosesin dinamikliyini xeyli artırıb:

“Əlbəttə, dünənki Praqa görüşünün nəticələrini uğurlu qiymətləndirmək olar. Çünki tərəflər bir-birilərinin ərazi bütövlüyünü tanıyıb və sərhədlərin delimitasiyası ilə demarkasiya prosesinin sürətləndirilməsini qərara alıblar. Bu məsələ ilə məşğul olan işçi qrup maksimum iki ay müddətində hər iki tərəfdən sərhəd xətlərinin müəyyənləşdirilib müzakirəyə çıxarılmasını təmin etməlidir.

Eyni zamanda, paralel olaraq, sülh müqaviləsi üzərində işləyəcək işçi qrup da maksimum qısa zaman ərzində həmin sənədin təqribi variantını hazırlayaraq Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iki ay sonra Brüsseldə keçiriləcək görüşünə təqdim etməlidir.

Bu da qeyd olunmalıdır ki, Avropa İttifaqı sülhyaratma prosesində iştirakını xeyli aktivləşdirib və bu sürəcin sabit templə aparılmasının zəruriliyini vurğulayıb. Hər halda aparılan danışıqlar, bu müzakirələrdə Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqının rəhbəri Şarl Mişelin iştirakı prosesin dinamikliyini xeyli artırıb. Üstəlik, danışıqlar prosesində Qarabağın dağlıq hissəsindəki separatçı rejimin adı, ümumiyyətlə, çəkilmir.

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində qeyd edib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və onların cəmiyyətə inteqrasiyası üçün qeyri-formal danışıqlar davam etdiriləcək. Hər şey hamar olmasa da, bu prosesin uğurla gedəcəyinə ümidlər böyükdür.

Bəli, Rusiya indiki vəziyyətində bu prosesə çox qısqanclıqla yanaşır. O baxımdan, Rusiyanın Ermənistandakı uzantıları, əsasən də “Qarabağ klanı” prosesin irəliləməsinə mane olmağa çalışacaqlar. Ancaq fikrimcə, Paşinyanın da erməni cəmiyyətində dayaqları güclüdür və o bu prosesi sona çatdırmağa çalışacaq”.

A.Zeynalov

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv