!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanla Özbəkistanın media əməkdaşlığı: "Anlaşma Memorandumunun imzalanması təqdirəlayiqdir"

!Reklam – Yazi

“Azərbaycanla Özbəkistan arasında da ortaq media forumunun keçirilməsinə ehtiyac var”.

Bu sözləri Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumunun imzalanmasına münasibət bildirən Əməkdar jurnalist, media eksperti Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hər iki ölkə arasında imzalanan sənəd media sahəsinin inkişafına müsbət təsir edəcək:

“Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında imzalanan məlum sənəd hər iki dövlətinin həm də media sahəsində yeni bir səhifə açdığını göstərir. Azərbaycan Özbəkistanla qardaşdır, ölkəmiz Özbəkistanla media sektorunda da daha üst səviyyədə əməkdaşlıq etməyə çalışır. Düzdür, 44 günlük müharibədə Özbəkistandakı dostlarımız Azərbaycanla bir yerdə idi və öz dəstəyini nümayiş etdirirdi. Hazırkı şəraitdə də həmin dostlarımız Azərbaycanla bağlı lazım olan hər şeyi edirlər. Azərbaycan da, öz növbəsində, Özbəkistanın ictimai maraqlarını qorumağa çalışır. Hesab edirəm ki, Azərbaycanla Özbəkistan arasında da ortaq media forumunun keçirilməsinə ehtiyac var. Çünki hər iki ölkə arasında ortaq medianın formalaşdırılması vacibdir.

Ümumilikdə, Medianın İnkişafı Agentliyinin bugünkü təşəbbüslə çıxış etməsi, xüsusən də Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin müvafiq qurumları ilə əməkdaşlığı təqdirəlayiq haldır. Medianın İnkişafı Agentliyi atdığı addımlarla doğru yolda olduğunu göstərir. Fikrimcə, Azərbaycan-Türkiyə platformasının genişləndirilərək Türk Dövlətləri Təşkilatları çərçivəsində ümumi media platformasına çevirilməsi müsbət hal olar”.

Gülşən Şərif

www.yenicag.az

612
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv