Sanksiyalar, təbliğat, informasiya MÜHARİBƏSİ: Qərb Rusiyanı dayanmadan VURUR

media-hightechnic-468x90

“Qərb mediasının məsələni qabartması informasiya müharibəsinin bir hissəsidir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

media-img_0389

O, beynəlxalq mediada Rusiyanın sanksiyalarla boğulduğu ilə bağlı yayılan xəbərləri şərh edib.

Politoloq bildirib ki, Rusiya uzun müddətdir müxtəlif sanksiyalara məruz qalır.

“Bu proses, xüsusilə Krımın işğalı ilə başladı və Rusiya-Ukrayna müharibəsi ilə daha da dərinləşdi. Artıq iki-üç ilə yaxındır ki, Rusiya həm iqtisadi, həm də diplomatik baxımdan ciddi çətinliklərlə üz-üzədir”.

Onun sözlərinə görə, əgər iqtisadi tərəfdən baxsaq, vəziyyət insanların ümumi rifah səviyyəsinə və dövlətin iqtisadi vəziyyətinə birbaşa təsir göstərir:

“Müharibədən əvvəlki ilə indiki Rusiya arasında ciddi fərqlər var. Bu fərqlər öz növbəsində ölkə daxilində sosial narazılıqların, işsizlik problemlərinin və qiymət artımının yaranmasına səbəb olub. Buna baxmayaraq, Rusiyada genişmiqyaslı etirazlar müşahidə olunmur. Yəni nə müharibəyə, nə də iqtisadi vəziyyətə görə kütləvi aksiyalar keçirilmir. Bunun da bir neçə səbəbi var: əsas səbəblərdən biri Rusiya mediasının apardığı təbliğat və paralel olaraq cəmiyyətin, xüsusilə də daha yaşlı nəslin Putinə qarşı olan simpatiyasıdır”.

“Üç il ərzində nə işğala, nə də iqtisadi geriləməyə görə Putinə qarşı ciddi ictimai etiraz olmayıb. Bu baxımdan, Qərb mediasının məsələni qabartması informasiya müharibəsinin bir hissəsidir. Müharibə şəraitində qarşı tərəfi zəiflətmək üçün atılan addımlardan biridir. Belə nümunələrə daha əvvəl də şahid olmuşuq. Yeni və təəccüblü bir hal deyil”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600