Azərbaycanla Polşa arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi

media-hightechnic-468x90

Azərbaycanla Polşa arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Bu barədə Yenicag.az-a Energetika Nazirliyindən bildirilib.

Məlumata görə, energetika naziri Pərviz Şahbazov ilə “PKN Orlen” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Daniel Obaytek arasında görüş olub.

Görüşdə “PKN Orlen” Şirkətlər Qrupunun fəaliyyət istiqamətləri, xam neftin tədarükü üzrə SOCAR ilə mövcud əməkdaşlığına dair fikir mübadiləsi aparılıb. “PKN Orlen” Şirkətlər Qrupunun Azərbaycan ilə müxtəlif sahələrdə geniş əməkdaşlığa marağı ifadə edilib.

Söhbət zamanı Azərbaycanın Avropaya qaz tədarükünün artırılması, həmçinin “yaşıl enerji”nin yeni infrastrukturlarla nəqli üzrə Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələri, həmçinin həyata keçirilən bərpa olunan enerji layihələri barədə məlumat verilib. Polşa şirkətləri ilə əməkdaşlıq üçün perspektiv istiqamətlər diqqətə çatdırılıb və Azərbaycanın enerji sahəsində əlaqələrin inkişafına dəstək verməyə hazır olduğu qeyd edilib.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600