Azərbaycanlı killer həbsdən çıxan kimi öldürüldü

media-hightechnic-468x90

killer olduruldu13 ildən sonra həbsxanadan çıxan Azərbaycan vətəndaşı Yusif Gəbəyev Sankt-Peterburq yaxınlığında güllələnib.

Bu barədə AzVision.az “LifeNews”-a istinadən xəbər verir.

Telekanalın məlumatına görə, azərbaycanlı fevralın 12-də Podvoysk küçəsində “Renault Duster” markalı avtomobildən açılan atəş zamanı hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərindən cəzaçəkmə müəssisəsindən azad olmaq haqqında arayış aşkarlayıb.

Müstəntiqlər iddia edir ki, qətl intiqam zəminində baş verib.

“LifeNews” vurğulayır ki, Gəbəyev 2003-cü ildə Moskvada topdansatış məntəqəsinə nəzarət edən Şamil Məmmədovu qətlə yetirdiyi üçün həbs olunmuşdu.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05