Azərbaycanlılar ABŞ-dakı erməni səfirliyinin qarşısında etiraz edib

media-hightechnic-468x90

ABŞ-da yaşayan azərbaycanlılar son günlər Ermənistanın təxribat xarakterli hücumlarına etiraz olaraq Ermənistan səfirliyi önündə aksiya keçirib.

Yenicag.az xəbər verir ki, iyulun 12-dən etibarən başlayan təxribata cavab olaraq ABŞ-da yaşayan soydaşlarımız erməni səfirliyinin qarşısına toplaşıb.

Ermənistan səfirliyinin önündə Azərbaycanın dövlət himnini oxuyan aksiyaçılar “Yaşasın Azərbaycan, yaşasın millətimiz, yaşasın dövlətimiz, yaşasın birliyimiz!”, “Şəhidlər ölməz, vətən bölünməz!” şüarlarını səsləndiriblər.

Qeyd edək ki, iyulun 12-dən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində düşmən tərəfinin yaratdığı gərginlik davam edir.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600