Azyaşlı bacısı qızını dilənçiliyə məcbur etdi - FOTO

media-hightechnic-468x90

Bakının Nəsimi rayonunda himayəsində olan azyaşlı bacısı qızını dilənçiliyə məcbur edən şəxs saxlanılıb.

media-banner_tuq

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, azyaşlını dilənçiliyə sövq edən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Pərviz Bədəlov saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilib.

 

Araşdırma zamanı azyaşlının faktiki olaraq valideyn himayəsindən məhrum olduğu, eləcə də həyat və sağlamlığı üçün ciddi təhlükə yarandığı müəyyən edilib. Azyaşlı müvafiq dövlət qurumlarının iştirakı ilə müvəqqəti sığınacağa yerləşdirilib

Pərviz Bədəlov barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05