!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakcell Dağlıq Qarabağda qanunsuz fəaliyyətə etiraz etdi

!Reklam – Yazi

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mobil operatoru “Etisalat”la Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “KarabakhTelecom” arasında rouminq razılaşmasının ləğvindən məmnunluğunu ifadə edir.

Özünün uzunmüddətli rouminq partnyoru olan “Etisalat” şirkətinin “KarabakhTelecom”la əməkdaşlığa başlaması ilk günlərdən Bakcell şirkətini narahat edib. Bununla bağlı Şirkət rəhbərliyi tərəfindən dəfələrlə “Etisalat”a rəsmi məktubla müraciət edilib. Məktublarda qeyd olunub ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və bu fakt beynəlxalq səviyyədə tanınır. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən “KarabakhTelecom” şirkəti ilə əməkdaşlıq “Etisalat” şirkətinin beynəlxalq nüfuzuna böyük zərbədir və bu əməkdaşlıqdan əldə olunan gəlirlər qeyri-qanuni rejimin fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunur.

“Etisalat” mobil operatoru isə öz növbəsində “KarabakhTelecom”la əməkdaşlığını məhz “KarabakhTelecom”un Ermənistanda rəsmi qeydiyyatının olması ilə əsaslandırırdı. Lakin “Bakcell” qəti mövqe ortaya qoyaraq bildirib ki, “Etisalat” və “KarabakhTelecom”un əməkdaşlığının davam etməsi “Bakcell” ilə “Etisalat” arasındakı biznes münasibətlərinin birtərəfli şəkildə dayandırlması ilə nəticələnəcək.

Bakcell şirkəti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bu istiqamətdə atdığı addımları yüksək dəyərləndirir və problemin həllində göstərdiyi səylərə görə dərin təşəkkürünü bildirir.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkədə ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4G xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub. Hazırda Bakı və Abşeron sakinləri ilə yanaşı, Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının əhalisi də Şirkətin təqdim etdiyi yüksək sürətli 4G internetindən istifadə edə bilirlər. 2018-ci ildə Bakcell özünün LTE şəbəkəsini ölkənin digər regionlarına doğru genişləndirir. Bakcell şirkəti Bakı metrosunda 4G xidməti təmin edən ilk mobil operatordur.
Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb. 2017-ci ilin avqust ayında aparılan testlərin nəticələrinə əsasən, Bakcell Azərbaycanda ümumi şəbəkə təcrübəsinə görə ən yüksək göstəriciyə, Bakı və ölkənin digər böyük şəhərlərində isə sınaq nəticələrinə görə ən yaxşı mobil internet şəbəkəsinə malikdir.

www.yenicag.az

1581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv