Bu gün metronun “20 Yanvar” stansiyasında ölüm hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O qeyd edib ki, hadisə səhər saat 07:30 radələrində baş verib: “Stansiyasının II vestibülündə 1968-ci il təvəllüdlü, Ağsu rayon sakini Qasımov Nazim Bulud oğlunun halı qəfildən pisləşib. Əməkdaşlarımız tərəfindən xəstəyə ilkin yardım göstərilib və hadisə yerinə təcili tibbi yardım çağırılıb. Xəstənin ürək-damar sistemində problemləri olub. Hadisə yerinə təcili tibbi yardım maşını çatana qədər sərnişin keçinib”.