!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil Nazirliyindən BAĞIŞLANMAZ SƏHV - Şagirdlərə tədris edilən saxta TARİX - FOTOFAKT

!Reklam – Yazi

4-cü sinif rus bölmələrinə keçirilən “Rus dili” dərsliyində Azərbaycan tarixinin şanlı səhifəsi olan 20 yanvarda sovet-rus qoşunlarının xalqımıza tutduğu amansız vəhşilik tamamilə fərqli formada, təhrif olunaraq təqdim edilib və gələcək nəsillərə tam yanlış formada çatdırılır.

Yenicag.az xəbər verir ki, tarixin saxtalaşdırılması Azərbaycan Təhsil Nazirliyinin hazırladığı kitabda öz əksini tapıb.

Kitabda qeyd edilib ki, guya 20 yanvar 1990-cı il sovet-rus qoşunları xalqı faciədən xilas edib. Şagirdlərə Bakı küçələrində AXC silahlı dəstələri ilə toqquşma nəticəsində 170 nəfərin öldüyü, 400 nəfərin  yaralandığı öyrədilir.

Hansı ki, o zaman insanlar sovet-rus qoşunlarının şəhərə girib qanlı olaylar törətməməsi üçün əliyalın dinc aksiyalar keçirib. Hətta şəhərdə istənilən və gözlənilən təxribatların qarşısını almaq üçün AXC və aksiya iştirakçılarından ibarət könüllü dəstələr yaradılıb.

Çünki artıq SSRİ KQB-si Azərbaycan xalqının erməni faşizminə və işğalına qarşı qoyduğu vahid və qətiyyətli mövqeyi qırmaq və xalqın diqqətini Qarabağdan yayındırmaq üçün yanvarın 13-dən etibarən Bakıda süni iğtişaşlar yaratdı.

Dərslikdə qeyd edildiyinin əksinə olaraq, AXC və milli-azadlıq hərəkatının üzvləri hər vəchlə erməni maraqlarına xidmət edən Moskvanın və hakimiyyətin törətdiyi bu iğtişaşların qarşısını almağa çalışırdı. Bax, beləcə öz əlimizlə heç də uzaq olmayan tariximiz gözümüzün qarşısında saxtalaşdırılır. Tarixin saxtalaşdırılması Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Qeyd edək ki, 4-cü sinif rus bölmələrinə keçirilən “Rus dili” dərsliyində Azərbaycan tarixinin saxtalaşdırılması barədə jurnalist Mürtəza Bünyadlı sosial şəbəkədə paylaşım edib.

COP29

www.yenicag.az

1258
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv