Bakı metrosunda "skuter" sürən gənc həbs edildi - VİDEO

media-hightechnic-468x90

Bakıda metrosunun vaqonunda “skuter” sürüb, sosial şəbəkədə paylaşmaq istəyən şəxs həbs edilib.

Yenicag.az xəbər verir ki, hadisə metronun “Azadlıq” stansiyasında qeydə alınıb.

Belə ki, 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş Fərid Əkbərov (ad-soyad şərti) axşam 22.00 radələrində metronun “Azadlıq” stansiyasında qatarın içərisində dostuna məxsus “skuter”i sürüb vaqondakı sərnişinləri narahat edib. Sosial şəbəkədə paylaşmaq bu hadisə dostu tərəfindən videoya çəkilib.

Həmin şəxs yanvarın 7-də inzibati saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Fərid Əkbərov İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 5 gün müddətə inzibati qaydada həbs edilib./qaynarinfo

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600