Bakı-Qazax yolunda yük avtomobili aşdı – FOTO

Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi olub.

Yenicag.az xəbər verir ki, Bakı-Qazax yolunda Səngəçal qəsəbəsində “Opel Astra” markalı avtomobillə “JAC” markalı kiçikhəcmli yük avtomobili toqquşub.

Hadisə nəticəsində yük avtomobili yolun hərəkət hissəsinə aşıb.

Qəza yerinə Dövlət Yol Polisinin əməkdaşları gəliblər.

Hadisənin səbəbləri araşdırılır./APA