"Coca-Cola"nın yük maşını aşdı - Xəsarət alanlar var - FOTOLAR

media-hightechnic-468x90

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində “Coca-Cola” şirkətinə məxsus yük avtomobili, hərəkətdə olan zaman sürücü idarəetməni itirib və avtomobil eyni istiqamətdə hərəkətdə olan digər yük maşını ilə toqquşub. Zərbənin gücündən hər iki yük maşını aşıb. Şirkətə məxsus avtomobildə olan içkilər ətrafa səpələnib.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsünün xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. /Report/

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600