!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək

!Reklam – Yazi

Bakıda 30 ildir borcunu ödəməyən 88 yaşlı Mənzil-Tikinti Kooperativinin sədrinə hökm oxunub.

Yenicag.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1936-cı ildə Gəncə şəhərində doğulmuş MTK sədri Qüdrət adlı şəxsə Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə cinayət işi açılıb.

88 yaşlı şəxsin rəhbəri olduğu tikinti şirkətinin podratçısı kimi işlətdiyi Toğrul adlı iş adamına 85.000 ABŞ dolları borcu var. Ümumi borc çox olub. 2010-cu ildə 8500 min manat borc ödənilsə də, 85 min dollar qalıb.

2011-ci ildə Yasamal Rayon Məhkəməsi borcun ödənilməsi ilə bağlı məhkəmə qərar verib. 2013 və 2016-cı illərdə qərarı icra etmədiyi üçün MTK sədri cərimələnib, 2017-ci ildə ev dustağı edilib.

Toğrul məhkəmədə bildirib ki, Qüdrət yaşından istifadə edir:

“Bu kişinin heç nədən xəbəri yoxdur. Qüdrət müəllimə fədailik missiyası yüklənib. Məqsəd borcdan yayınmaqdır. Dəfələrlə yazılı öhdəlik götürüb, lakin əməl etmirlər. Pulun ödənilməsini çox söz veriblər. Lakin nəticə olmayıb. Şans verilsə belə, yenə eyni metodlara baş vurub, pulu ödəməkdən boyun qaçıracaqlar. Təqsirləndirilən şəxs ziyanı ödəməyib, ona görə də ən ağır formada ciddi şəkildə cəzalandırılmalarını xahiş edirəm”.

88 yaşlı MTK sədri isə məhkəmədə günahının nədən ibarət olduğunu bilmədiyini deyib.

Məhkəmənin qərarı ilə MTK sədrinə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron qolbaq gəzdirmək vəzifələri qoyulub.

COP29

www.yenicag.az

106
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv