Bakıda ağır qəza - Avtomobil yük maşınına çırpıldı - Ölən var

media-hightechnic-468x90

Qaradağ rayonu Sahil qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, martın 25-də Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Astara rayon sakini N.Məmmədov idarə etdiyi “Mersedes” markalı avtomobili qarşıda gedən Saatlı rayon sakini M.Gülalıyevin idarə etdiyi yük avtomobilinə vurub.

Nəticədə N.Məmmədovun sərnişinlərindən Lənkəran şəhər sakini Hüseyn Abdullazadə hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600