Gəncədə 34 yaşlı kişinin meyiti tapıldı
Gəncədə 34 yaşlı şəxsin meyiti tapılıb.
Yenicag.az xəbər verir ki, 1992-ci il təvəllüdlü Tural Məmmədovun meyitini yaşadığı evdə yaxınları aşkar edib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Məlumat üçün bildirək ki, 34 yaşlı şəxs Ruhi Əsəb Disponserdə qeydiyyatda olub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.













