Zelenski rus dilinin Ukraynada qorunan dillər siyahısından çıxarılması ilə bağlı qanunu imzaladı

media-hightechnic-468x90

Ukrayna prezidenti Vladimir Zelenski rus dilini Ukraynada Regional və ya Azlıq Dilləri üzrə Avropa Xartiyasının müddəalarının tətbiq olunduğu dillər siyahısından çıxaran qanunu (№ 4699-IX) imzalayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk məlumat verib.

O, bunun Ukrayna dil məkanının qorunması və Avropa öhdəliklərinin yerinə yetirilməsi üçün vacib bir qərar olduğunu deyib.

“Rus dili Ukraynanın Xartiya müddəalarını tətbiq etdiyi dillər siyahısından çıxarılıb. Bu, ədalətli və məntiqli bir qərardır. Təcavüzkar dövlətin dili yerli xalqların və milli icmaların dillərini dəstəkləmək üçün yaradılmış qoruyucu vasitələrdən faydalana bilməz”, – Stefançuk bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05