Bakıda ağır qəza: ölən var

7d7694a068c4317d2f90b8038a76ae4dBakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, sentyabrın 5-də saat 14 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Taleh Rüstəmov idarə etdiyi “İsuzu” markalı yük avtomobili ilə qəsəbə sakini, 1973-cü il təvəllüdlü Reyhan Hüseyn qızı Hüseynovanı vurub.

Xəstəxanaya yerləşdirilən R.Hüseynova orada ölüb.

Binəqədi RPİ araşdırma aparılır(lent).