Bakıda avtobus qəza şəraiti yaratdı

media-hightechnic-468x90

74614Bakıda daha bir sərnişin avtobusu sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza vəziyyəti yaradıb.  Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi  məlumat verir ki,  Zərifə Əliyeva küçəsində 120 saylı sərnişin avtobusu dönərkən yolda təhlükəli vəziyyət yaradıb. Bu barədə qrurumun Facebook sosial şəbəkəsində foto paylaşılıb.

Fotodan da görünür ki, sərnişin avtobusunun qarşısında maşın dayanıb. Sürücü dönmə əməliyyatı zamanı digər avtomobillərin hərəkətinə mane olub. Görünür sürücü avtobusu idarə edərkən maşının uzunluğunu nəzərə almayıb.

Məsələ ilə əlaqədar avtobusun tabe olduğu şirkətlə əlaqə saxladıq. Şirkətdən  məsələdən xəbərsiz olduqlarını bildiriblər.

“Biz indi məsələni araşdırarıq. Həmin sürücü mütləq tənbeh olunacaq. Biz həmişə sürücülərə tapşırırıq ki, təhlükəsizlik qaydalarına əməl etsinlər. Qayda pozan sürücüləri isə cəzalandırırıq”. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600