Reklam

Reklam

main_292Binəqədi rayonu ərazisində yol qəzası baş verib.

Hadisə zamanı Azadlıq prospekti ilə Rəsulzadə qəsəbəsi istiqamətində hərəkətdə olan “Nissan” markalı minik maşını yol kənarındakı səkilərə çırpılıb. Sürət yüksək olduğundan, “Nissan” yolun ortasına aşıb. Hadisədən sonra sürücü qəza baş verən yerdən yayınıb.

Əraziyə cəlb olunan yol patrul xidmətinin əməkdaşları maşına baxış keçiriblər. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya düşən maşını idarə edən sürücü polis əməkdaşıdır.

Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsində aparılacaq araşdırmaların sonunda maşının sahibinin kimliyinə və qəzanın səbəblərinə aydınlıq gətiriləcək(report.az).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 174
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."