Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

media-hightechnic-468x90

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bu barədə Yenicag.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan “BYD” markalı 77-SH-182 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Vəzirov İbrahim saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü İ.Vəzirovun idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 1 ay müddətinə inzibati qaydada həbs edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa