!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda bəzi binalar söküləcək - VİDEO

!Reklam – Yazi

Bakıdakı bəzi binalar təmir olunacaq, bəziləri isə söküləcək. Paytaxtda dövlət mənzil fonduna aid binaların əsaslı təmirinə başlanılır. Bu məqsədlə iki böyük tender elan edilib.

Yenicag.az Xəzər TV-yə istinadən məlumat verir ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən aparılacaq əsaslı təmirin birinci mərhələsində Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonlarında yerləşən yaşayış binaları təmir olunacaq.

Bu istiqamətdə görüləcək işlərin ümumi dəyəri 24,5 milyon manat təşkil edir. İkinci tender isə Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonlarını əhatə edir. Burada da dövlət mənzil fonduna aid binaların təmir olunması planlaşdırılıb və layihənin təxmin edilən büdcəsi 24 milyon manatdır.

48,5 milyonluq layihə çərçiəsində ümumilikdə 1100 qəzalı binanın təmiri və ya sökülməsi nəzərdə tutulub. Qaradağ Mənzil Kommunal Təsərrüfatı birliyindən bildirilib ki, rayon ərazisində 215 qismən qəzalı bina var.

Sabunçu Rayon İcra Hakimiyyətindən isə vurğulanıb ki, rayon ərazisində qəzalı olması barədə akt tərtib edilmiş 47 bina var. Bundan əlavə 180 bina da mövcuddur ki, onların qəzalılığını təsdiq edən müvafiq aktlar olmasa da, onlar istismara tam yararsız vəziyyətdədir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı qeyd edib ki, bu layihə paytaxtın ümumi memarlıq görünüşünün daha cəlbedici olmasına, şəhər infrastrukturunun inkişafına və ekoloji dayanıqlılığın artırılmasına da töhfə verəcək. Sakinlər daha rahat, təhlükəsiz və müasir şəraitdə yaşamaq imkanı əldə edəcəklər.

Ətraflı süjetdə:

www.yenicag.az

74
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv