Reklam

Reklam

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən üfüqi nişanlama xətlərinin çəkilişi işləri ilə əlaqədar olaraq Binəqədi-Mehdiabad avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

Agentlikdən Yenicag.az-a verilən məlumata görə, məhdudlaşdırma bu gün axşam saatlarınadək qüvvədə olacaq.

Bundan başqa, bu gün axşam saat 22:00-dan etibarən Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Binəqədi şosesinədək olan hissəsində, həmçinin Binəqədi şosesində də yolcizgi və yolgöstərici xətlərinin rənglənməsi işləri aparılacaq.

Aparılan işlərlə əlaqədar olaraq sözügedən yollarda hərəkət qismən məhdudlaşdırılacaq. Məhdudlaşdırma səhər saatlarınadək qüvvədə olacaq.

“Sürücülərdən qeyd olunan işləri nəzərə alaraq sözügedən istiqamətlərdə diqqətli olmaları və hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri tövsiyə olunur”, – deyə məlumatda vurğulanıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1207
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."