Bakıda ev YANDI – Xəsarət alanlar var

Bakı şəhərinin Sabunçu rayonunda birmərtəbəli evdə yanğın olub.

Yenicag.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 45 kvadrat metr olan birmərtəbəli evdə kağız və parça tullantıları 1 kvadrat metr sahədə, evin çöl divarına quraşdırılan bir ədəd elektrik sayğacı qismən və hasara quraşdırılan bir ədəd qaz sayğacı yanıb.

Yanğın zamanı iki nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.