Oğuzda mikroavtobus qəzaya uğradı, ölən və xəsarət alanlar var

media-hightechnic-468x90

Oğuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Oğuz rayonunun Sincan kəndindən keçən Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun bir hissəsində qeydə alınıb.

Hadisə nəticəsində “Mercedes Vito” markalı mikroavtobus idarəetməni itirərək ağaca çırpılıb. İlkin məlumatlara əsasən, qəza zamanı bir nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma başlanılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa